Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mühüm sənəd imzalandı - FOTO

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mühüm sənəd imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mühüm sənəd imzalandı - FOTO

28443

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Səudiyyə Ərəbistanı Krallığının (SƏK) insan resursları və sosial inkişaf naziri Əhməd Süleyman Əl Raci arasında onlayn formatda görüş olub.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Azərbaycanla SƏK arasında əlaqələrin daim genişləndiyini vurğulayan S.Babayev hər iki dövlətin başçılarının ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqətini qeyd edib.

Görüşdə iki nazirlik arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər əmək mübahisələrinin həlli, əməyin təftişi, əməyin mühafizəsi və gigiyenası, məşğulluq imkanlarının artırılmasına yönəlmiş əmək bazarı siyasətlərinin, milli peşə standartlarının hazırlanması, milli kvalifikasiyaların təkmilləşdirilməsi, eləcə də tərəflərin razılaşdırdığı hər hansı digər sahədə əməkdaşlıq edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO