Tovuz hadisələri Azərbaycana nə qazandırdı? – Bir ilin nəticələri EKSPERTLƏRİN GÖZÜ İLƏ

Tovuz hadisələri Azərbaycana nə qazandırdı? – Bir ilin nəticələri EKSPERTLƏRİN GÖZÜ İLƏ

Hazırda oxunan: Tovuz hadisələri Azərbaycana nə qazandırdı? – Bir ilin nəticələri EKSPERTLƏRİN GÖZÜ İLƏ

28320

“Tovuz döyüşləri ikinci Qarabağ müharibəsinin başlanğıcı idi. Ermənistanın planı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da təxribatlara cəlb edib Azərbaycana qarşı hərbi-siyasi güc tətbiq etmək istəyirdi. Ancaq Azərbaycanın həm dipomatik, həm də hərbi uğuru buna imkan vermədi. Artıq Tovuz hadisələri göstərirdi ki, Azərbaycan həm hərbi cəhətdən, həm də siyasi cəhətdən bu təxribatlara cavab verə biləcək”.

Bu fikirləri Bizim.Media-a ilə dialoqu zamanı politoloq İlqar Vəlizadə 2020-ci ildə baş verən Tovuz hadisələri barədə danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuz döyüşlərindən 1 il keçdi


Onun sözlərinə görə, ermənilər artıq son törətdikləri təxribatlardan sonra Azərbaycanın sakit dayanmayacağını və bütün təxribatlara cavab verəcəyini bilirdilər.

“Lakin ermənilər buna ciddi yanaşmadılar və barıtla oynamağa davam edirdilər. Çünki Tovuz hadisələrinin mənəvi cəhətdən maştabı çox böyük idi. Tovuzda generalımız Polad Həşimov və digər yüksək rütbəli hərbçilərimiz şəhid oldu. Artıq bu hadisədən sonra insanların reaksiyası, hərəkətləri göstərirdi ki, Azərbaycan cəmiyyəti bu təxribatlarla barışamayacaq”.

Sonda İlqar Vəlizadə Tovuzdakı təxribatların Qarabağ müharibəsinə təkanverici bir hadisə kimi qiymətləndirmək lazım olduğunu da vurğulayıb.

“Ermənilərin bu təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başlandı. Azərbaycanı bu qələbəyə aparan yol məhz Tovuz hadisələrindən başladı. Azərbaycanın Ermənistanı yerinə otuzdurmaqdan başqa yolu qalmamışdı. İllərdir bir-bir, iki-iki verdiyimiz şəhidlər, qurbanlar və 30 illik işğal xalqımızın da, dövlətimizin də səbr kasasını doldurmuşdu. Bu təxribatın cavabı verilməliydi”.

Hərbi ekspert Şair Ramaldanov isə Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, istər Tovuz, istərsə də ermənilər tərəfindən törədilən başqa təxribatlardan sonra Azərbaycan əmin oldu ki, topaqlarını ancaq güc vasitəsilə azad edə bilər. 

“Tovuz hadisələrindən əvvəl Ermənistanda Müdafiə nazirliyi və hakimiyyət səviyyəsində bəyan edirdilər ki, işğalçılıq niyyətlərini genişləndirmək istəyirlər. Hətta onlar gəlib Bakıda çay içmək istəyirdilər. Ermənilərin bu fonda müxtəlif təxribatlar davam edirdi. Bundan başqa ermənilər Yaxın Şərqdəki erməni muzdlularını Qarabağa yerləşdiridilər. Bu hamısı onu göstərirdi ki, erməniləri himayədar edən qüvvələr yeni ərazilər zəbt etmək istəyirlər”.

Hərbi ekspert həmçinin bildirib ki, ermənilərin hədəfləri boşun Tovuz istiqaməti olmayıb.

“Tovuz istiqaməti çox strateji ərazidir. Çünki istər dəmir yol şəbəkəsi, dəhlizlər və digər kəmərlərin buradan keçməsi oranı daha da cəlbedici edirdi. Ona görə erməni terroristləri buranı xüsusi olaraq hədəfə aldılar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun qəti addımları ilə təxribatlar qət edildi. Proseslər dövlət sərhədində gedirdi. Ermənilər gözləyirdi ki, Tovuz hadisələri zamanı Azərbaycan hansısa adekvat addım atacaq və onlar KTMT-ni ora cəlb edəcəklər. Azərbaycan isə hər zaman olduğu kimi soyuqqanlı hərəkət edərək, təxribatın qarşısını aldı”. 

Şair Ramaldanov qeyd edib ki, Tovuz hadisələri Qarabağ münaqişəsini passivlik mərhələsindən çıxardı.

“Qarabağ münaqişəsi konflikt yenidən gündəmə gəldi. Xatırlayırsızsa, bütün dövlətlər bu konfliktin hərbi yolunun olmadığını deyirdi. Azərbaycan Prezidenti İlham Əliyev Tovuz hadisələrindən sonra böyük diplomatiyası sayəsində, öz nüfuzu ilə Beynəlxalq fikri ölkəyə qarşı dəyişdirə bildi. Bunlar hamısı xarici siyasi arena üçün yönləndirilmiş bir istiqamətlər idi. Prezident risklərin minimuma endiyi və məqamınn yetişdiyi vaxt Ermənistanla təkbətək qaldı və nəticədə 44 günlük savaş ərzində öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan hücum diplomatiyasında uğur qazandı. Tovuz hadisələrinin Azərbaycanın zəfərində əhəmiyyət çox böyükdür”.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO