"Azərbaycan xüsusi təyinatlılarının fəaliyyəti II Qarabağ müharibəsinin ən qapalı və görkəmli səhifəsidir"
Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko özünün "Facebook" səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Biz də erməni minalarında partlaya bilərik” - İqor Korotçenko beynəlxalq jurnalist qurumlarına SƏSLƏNDİ
Onun fikrincə, peşəkar nöqteyi-nəzərdən Azərbaycanın xüsusi təyinatlıları ən yüksək qiymətləndirməyə layiqdir:
"General-leytenant Hilkət Mirzəyev Azərbaycan XTX-ni dünya səviyyəsinə çıxardı ki, bu, hərbi əməliyyatlarla təsdiqlənib. Həmin əməliyyatlar bu gün də xaricdə öyrənilir və analiz edilir. Yəqin ki, dünya hərb sənəti tarixinə daxil ediləcək.
Şuşanın azad olunması isə "janr klassikası"dır və bu əməliyyatlarda polkovnik Tehran Mənsimovun şəxsən iştirakı da nəzərə alınmalıdır"
Bizim.Media