Güc üçlükdədir - Cənubi Qafqazın aparıcı aktorları kimdir? - ŞƏRH

Güc üçlükdədir - Cənubi Qafqazın aparıcı aktorları kimdir? - ŞƏRH

Hazırda oxunan: Güc üçlükdədir - Cənubi Qafqazın aparıcı aktorları kimdir? - ŞƏRH

27972

Rusiya Türkiyəyə yanğınların söndürülməsinə kömək üçün amfibiya təyyarə göndərib. İkinci qütbün yaranmaq üzrə olduğu dünyada Azərbaycan yəqin ki, Rusiya, Çin, İran və Türkiyənin olduğu qütbdə yer alacaq. Bunun mənfi və müsbət cəhətləri nədən ibarətdir?

“Həm Rusiya, həm də Türkiyə yaxşı anlayırlar ki, indiki halda onların bir-birinin yanında olmaması, bir-birilə mübarizə aparmaqları özlərinin milli maraqlarına zərbə olaraq nəticələnə bilər” deyən Zaur Məmmədov Kreml ilə Ankaranın müxtəlif istiqamətdə birgə fəaliyyət göstərdiyini də xatırlatdı.

Bizim.Media ilə söhbətdə Bakı Politoloqlar Klubunun sədri bu əməkldaşlığın nəticələri kimi Liviya, Suriya və Cənubi Qafqazdakı situasiyaları örnək gətirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Şərqi Zəngəzur İqtisadi Rayonu - Azərbaycan dövlətinin MESAJI 


Bu kontekstdə Türkiyə-Rusiya münasibətlərinin yaxın olub-olmaması gələcək perspektivdə Azərbaycanın maraqlarının da nə dərəcədə effektiv reallaşıb-reallaşmamasından asılı olan məsələdir:

“Moskva-Ankara yaxınlaşması 44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən mühüm amillərdən biri oldu. Amma hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Çünki bu yaxınlaşma da müəyyən dövr üçün xarakterizə edilməlidir. Müəyyən müddətdən sonra Rusiya-Türkliyə münasibətlərinin heç də bugünkü yaxşı səviyyədə olmaması ehtimalı da yüksəkdir. Tərəflər də bunu dərk edir.

Azərbaycan da adət etdiyi kimi soyuqqanlı və rasional siyasət apararaq dünya qütbləri arasında balansı qoruyacaq mühüm addımlar atır. Biz Türkiyə ilə strateji müttəfiqik, Şuşa bəyannaməsini imzalamışıq və Bakı bir ildən çoxdur ki, Ankara ilə hərbi-siyasi inteqrasiyanın tərəfdarı olduğunu bəyan edir. 

O ki qaldı Rusiya, Çin və İrana...

Heç bir halda Rusiya, Çin, İran və Türkiyə dördlüyünün möhkəm bir qrup olmasını qeyd etmək olmaz. Çünki İranla Türkiyə münasibətləri də göründüyü kimi deyil. Onların bir-birinə rəqib olduğu vacib amillərdəndir. Yəni, belə bir qütbün (Rusiya, Çin, İran, Türkiyə) olması da indiki halda real deyil. Belə bir qütb yoxdur. Sadəcə olaraq onlar arasında dialoq mühiti mövcuddur. Astana və digər proseslərdə bu dialoqun şahidi olduq. Amma Cənubi Qafqazdakı proseslərdə aparıcı aktorlar arasında İran və Çin yer almır.

İndiki proseslərdə Türkiyə, Rusiya və Azərbaycanın üçlü dialoqunun nəticələrini görməkdəyik.

Geosiyasi rəqiblər arasında Azərbaycan öz dəsti-xəttinə uyğun olaraq xarici siyasətini yürüdəcək”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO