Paşinyan: «Şuşanı saxlamaq mümkün deyildi»

Paşinyan: «Şuşanı saxlamaq mümkün deyildi»

Hazırda oxunan: Paşinyan: «Şuşanı saxlamaq mümkün deyildi»

2790

Son iki gündə Şuşadan 300-dən çox erməni əsgərinin cəsədi çıxarılıb.

Bizim.Media-nın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

“300-dən çox cəsəd. Bu döyüşün miqyasını təsəvvür edirsinizmi? Generallar və ya siyasi rəhbərliyin guya Şuşa üçün döyüşməməyi əmr etdiyini söyləyənlər var. O zaman bu insanlar kimin əmri ilə döyüşdülər və öldülər?", Paşinyan əlavə edib.

O deyib ki, Şuşanı saxlamaq imkan olsaydı, bu, edilərdi.

"Şuşanın təslim edilməsi barədə şayiələr yayan insanlar istintaq orqanlarına çağrılıb, onlardan hansı məlumatlara sahib olduqlarını, xainin kim olduğunu söyləmələri istənilib. Ancaq bu insanlar ifadələrində bəzi qeyri-müəyyən hallardan danışıblar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO