Ermənistan sülh çağırışlarına niyə susur? – Azərbaycanın növbəti addımı... - FOTO

Ermənistan sülh çağırışlarına niyə susur? – Azərbaycanın növbəti addımı... - FOTO

Hazırda oxunan: Ermənistan sülh çağırışlarına niyə susur? – Azərbaycanın növbəti addımı... - FOTO

27622

“Xocalıda tikiən bu evlər rus sülhməramlıları tərəfindən inşa edilmir. Ermənilər özləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Hayastan fondunun maliyyəsi ilə əhali üçün evlər inşa edirlər. Əlbəttə bu yaşayış yerlərinin kim tərəfindən tikilməsinə baxmayaraq görülən işlər qeyri-qanuni sayılır”.

Bu sözləri politoloq Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında rus sülhməramlılarının ermənilər üçün inşa etdikləri evlər barədə yayılan xəbərlərə münasibət bidirərkən deyib.

O, qeyd edib ki, hazırda bu problemdən çox Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamağa və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına fokslanıb.

“Lakin ermənilər tərəfindən məsələ ilə bağlı hələ ki, rəsmi şəkildə cavab yoxdur. Bunu Cənab Prezident də bir-neçə dəfə çıxışları zamanı deyib. Azərbaycan həm Ermənistana, həm də onların vasitəçilərinə imkan yaradır ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Əgər Ermənistan ərazi bütövlüyümüzün tanınması istiqamətində hər hansı bir addım atmasa və yaxud bunu inkar etsə Azərbaycan birtərəfli qaydada həm məskunlaşma, həm də bütün digər həll olunmamış məsələlər barədə birtərəfli addım atmaq məcburiyyətində qalacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO