İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Mina sahələrinin xəritələri müqabilində Azərbaycan 15 erməni təxribatçını azad edib” sərlövhəli məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, həmin məqalədə jurnalist Şmuel Dan Elmas qeyd edir ki, Araz çayının sol qolu olan Oxçuçay mənbəyini Zəngəzur sıra dağlarının Qapıcıq dağından (3285 metr) götürür.
Çayın çox hissəsi Ermənistanın Sünik vilayətindən keçir:
“Oxçuçayın Cənubi Qafqazda ikinci ən böyük çay olan Araza töküldüyünü nəzərə alsaq, Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən iri sağ qolu olan Araz da Ermənistanla transsərhəd çaydır. Lakin Arazda suyun keyfiyyətini nəzərə alsaq, bu sudan məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilməsi son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.
Məlumdur ki, mədənçıxarma və emal müəssisələrinin fəaliyyəti nəticəsində ağır metal duzlarının çox hissəsi ətraf mühitə düşür. Bu fakt belə güman etməyə əsas verir ki, Ermənistanın Sünik vilayətində Oxçuçayın mənbəyində yerləşən ən iri mədənçıxarma müəssisələrindən biri istehsal tullantılarını hər hansı şəkildə emal edilmədən bilavasitə çaya axıdır, bu isə ekoloji normalara ziddir”.
2021-ci ilin yanvar-mart aylarında Oxçuçaydan götürülmüş su nümunələrinin analizinin nəticələri həmin suyun tərkibində mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların hədsiz çox olduğunu göstərib.
Məqalə müəllifi qeyd edir ki, Oxçuçayın suyunun rəngi vaxtaşırı dəyişərək gah ağ rəngdə, gah da sarı turşu rəngində olur. Jurnalist məqalənin sonunda yazır:
“2021-ci ilin mart ayında Oxçuçayın suyunda dəmir, mis, nikel, molibden və digər ağır metalların çox olması nəticəsində alabalıq növünün kütləvi şəkildə qırılması qeydə alınıb”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:10 / 05.07.2021
Ermənilərin “Oxçuçay terroru” – İsrail qəzetindən TƏFƏRRÜAT
Hazırda oxunan: Ermənilərin “Oxçuçay terroru” – İsrail qəzetindən TƏFƏRRÜAT
Hazırda oxunan: Ermənilərin “Oxçuçay terroru” – İsrail qəzetindən TƏFƏRRÜAT
27455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.