Rusiyanı Qarabağda vasitəçilikdən kənarlaşdırırlar? - SƏBƏBLƏR

Rusiyanı Qarabağda vasitəçilikdən kənarlaşdırırlar? - SƏBƏBLƏR

Hazırda oxunan: Rusiyanı Qarabağda vasitəçilikdən kənarlaşdırırlar? - SƏBƏBLƏR

27453

“Füzuli və Zəngilan istiqamətində basdırılan minalanmış ərazilərin xəritəsinin əldə olunması ilə bağlı Azərbaycan cəmiyyətində iki - Rusiyanın prosesdə iştirakı hansı amillərlə əlaqəli idi? Minalanmış ərazilərin xəritəsi nə dərəcədə dəqiqdir? sualları səslənir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda müharibədən sonrakı SÜLH SAVAŞI – Azərbaycan kimin təklifini qəbul edəcək? 


Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

O, xatırladıb ki, Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmayıb:

“Bakıda erməni diversantlarının məhkəməsində onların bəzilərinə 6 ay iş kəsildi. Bu o demək idi ki, həmin ermənilər azadlığa buraxılmalıydı. Çünki onlar artıq 6 aylıq həbs müddətini tamamlamışdılar. Belə də oldu. Həmin diversantlar Emənistana təhvil verildi. Bu məsələdə əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi”.

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr - 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı:

“ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan apardığı danışıqlar və əldə etdikləri nəticə Kremli hərəkətə gətirdi”. 

Elxan Şahinoğlunun fikrincə, əslində Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir:

“Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır. Misal üçün Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır, müzakirə aparır. Halbuki, bu telefon danışığının ardınca diplomatik etika Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngini və Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diqtə edirdi. Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir və bu gələcək planlarımızın – köçürülmənin və inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq”.

Qarabağda yaşayan ermənilərin sayının 30-35 min arasında olduğunu qeyd edən politoloq öz torpaqlarımıza köçürləcək yüz minlərlə soydaşımızın erməni separatizminə növbəti zərbə olacağını bildirib: 

“Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur. Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var, qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO