Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyev arasında Düşənbədə görüş keçirilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Putin Tacikistana üçgünlük səfəri zamanı liderlərlə ikitərəfli görüşlər keçirəcək, Əliyevlə təmasların mümkünlüyü də istisna edilmir”, — deyə Uşakov qeyd edib.
Qeyd edək ki, MDB sammiti oktyabrın 10-da Düşənbədə keçiriləcək.
Bizim.Media