Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən REAKSİYA

Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən REAKSİYA

Hazırda oxunan: Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən REAKSİYA

274389

“Bəzi sosial media hesablarında “İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımının ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, bu cür iddialar ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır:

“Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli idarəçiliyin tərkib hissəsidir.

İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”.


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO