Viktor Orban: “Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət var”

Viktor Orban: “Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət var”

Hazırda oxunan: Viktor Orban: “Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət var”

274365

“Bu gün Qəbələdə biz yalnız toplantıda iştirak etmirik, həm də ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük”.

Bizim.Media  xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
 

Səmimi dəvətə və göstərilən misilsiz qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən V.Orban qeyd edib ki, Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət və ənənələrə sadiqlik görünür.

 
“Biz burada bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə edirik. Bu toplantıda güclü liderlər bir araya gələrək gələcəyə yönəlik ortaq layihələr və strateji planlar barədə fikir mübadiləsi aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin nailiyyətləri, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi önəm onu göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir”, - deyə Macarıstanın Baş naziri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO