Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - VİDEO

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - VİDEO

274354

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
 

Hərbi vəzifəlilərlə müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.


Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə dərslər keçirilib, eləcə də silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO