Prezidentdən TƏKLİF – “Azərbaycanda TDT-yə üzv ölkələrin birgə təlimləri keçirilsin” -VİDEO

Prezidentdən TƏKLİF – “Azərbaycanda TDT-yə üzv ölkələrin birgə təlimləri keçirilsin” -VİDEO

Hazırda oxunan: Prezidentdən TƏKLİF – “Azərbaycanda TDT-yə üzv ölkələrin birgə təlimləri keçirilsin” -VİDEO

274348

“Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı səsləndirib.

“Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. 

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”, - deyə İlham Əliyev vurğulayıb.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO