"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq".
Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, "TDT+" formatı barədə qərarın Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə qəbul edilməsi planlaşdırılır.
Ömüralıyev vurğulayıb ki, söhbət qapalı və ya hərbi bloklardan getmir.
Baş katib əlavə edib ki, Qəbələ sammitində əsas diqqət iqtisadiyyata yönəldiləcək: "İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var. Bu, bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir". (Oxu.az)
Bizim.Media