Ceyhun Bayramov Hakan Fidanla regional məsələləri MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regional məsələləri MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov Hakan Fidanla regional məsələləri MÜZAKİRƏ ETDİ

274232

6 oktyabr 2025-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.
 

Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.


Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO