Gürcü müxalifəti hansı səhvinə görə uğursuzluğa düçar oldu? – Nika Çitadzedən ÖZƏL AÇIQLAMA

Gürcü müxalifəti hansı səhvinə görə uğursuzluğa düçar oldu? – Nika Çitadzedən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Gürcü müxalifəti hansı səhvinə görə uğursuzluğa düçar oldu? – Nika Çitadzedən ÖZƏL AÇIQLAMA

274126

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri açıqlandıqdan sonra ixtişaşlar başlayıb.

Bülletenlərin 99,4%-i hesablandıqdan sonra hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasından Tbilisi merliyinə namizəd Kaxa Kaladze 71,588% səs toplayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisidə etiraz aksiyasının təşkilatçıları saxlanıldı: Sabiq prokuror, polkovnik...


İkinci yerdə 12,43% səslə "Güclü Gürcüstan" və "Gürcüstan naminə Qaxariya" partiyalarından merliyə namizəd İrakli Kupradze qərarlaşıb. İlk üçlüyü 7,5% səslə liberal "Girçi" partiyasının nümayəndəsi İaqo Xviçia tamamlayır.

Məhz seçkilərdən sonra başlayan ixtişaşlarda əhali paytaxt küçələrinə axışıb. Son məlumatlara görə 6 etirazçı və 21 polis əməkdaşı yaralanıb.

Bəs gərginliyin əsas səbəbi nədir?

Gürcüstanın Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi Mərkəzinin sədri, politoloq Nika Çitadze prosesləri Bizim.Media-ya şərh edib. O hesab edir ki, ixtişaşlar uğursuzluqla nəticələndi:

“Hakim “Gürcü Arzusu” partiyasının seçicilərini səsvermədə iştirak etməyə çağırmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyasının qiymətləndirmələrinə görə, Gürcüstan seçicilərinin cəmi 40%-i məntəqələrə gedib. “Gürcü Arzusu” seçkilərdə qələbə qazandığı ilə fəxr etsə də, burada demək olar ki, bu, gözlənilən nəticə idi. Çünki əsas müxalifət partiyaları seçkilərdə iştirak etməyib. Digər tərəfdən, “Gürcü Arzusu”nun legitimliyi də şübhə altındadır, çünki seçicilərin yalnız 40%-i, yəni yarıdan azı səsvermədə iştirak edib. Bu isə göstərir ki, “Gürcü Arzusu”na dəstək əhalinin yarısından azdır”.

Çitadze qeyd edib ki, ötən iki gündə 200 minə yaxın insan etiraz aksiyasına qoşulub:

“Digər tərəfdən, müxalifətlə bağlı onu demək olar ki, təkcə seçkilərdə iştirak etməyən müxalifət partiyaları deyil, həm də hakimiyyətə tənqidi yanaşan insanlar, təxminən 200 mindən çox insan küçələrə çıxıb. Rustaveli prospekti insanlarla dolu idi. Etiraz aksiyasının təşkilatçı komitəsinin liderləri oktyabrın 4-də bəyan etmişdilər ki, “Gürcü Arzusu” istefa verəcək. Onlar demişdilər: “Aksiya saat 4-də başlayacaq və 4 saatdan sonra, yəni yerli vaxtla saat 20:00-da “Gürcü Arzusu” artıq mövcud olmayacaq, İvanişvili ölkəni tərk edəcək”. Amma bu, baş vermədi. Məncə, bu, müxalifətin səhvi idi”, - deyə N.Çitadze əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO