Dünən gecə saatlarından ölkə gündəmi Xəzər dənizinin alovlanması xəbəri və videosu ilə əhatə olunub. Araşdırmalar aparılır, amma ilkin rəyə görə səbəb palçıq vulkanının püskürməsidir. Ardınca dənizdə zəlzələ də baş verib.
“Düzü, hələ buna qiymət vermək bir qədər çətindir. Çünki dənizdə palçıq vulkanı partlayışı olsa da belə, o qədər böyük gücə malik olmamalıdır”
MÖVZU İLƏ BAĞLI:
SOCAR-dan Xəzərdəki partlayışla bağlı yeni AÇIQLAMA - FOTO
Bizim.Media ilə dialoq zamanı bunları deyən politoloq Cümşüd Nuriyev digər sualı da cavabsız qoymadı:
Bəzi ölkələrdə iqlim silahları mövcuddur. Ekspertlərin fikrincə, Xəzəryanı dövlətlər arasında belə silahlar Rusiya və İranda var. Partlayış da elə dənizin nisbətən cənubunda yaşanıb. Qaynar nöqtəyə (alovlanan) Azərbaycandan başqa daha yaxın olan ölkə İrandır. Vulkan püskürməsi və yeraltı təkanın arxasında daha nələr, yaxud kimlər gizlənə bilər?
“Bunu hərbi təxribat da saymaq mümkündür. Ola bilər ki, kimlərsə yeni silah icad edib və onu yoxlayır. İranın olacağı ehtimalı çox aşağıdır. Çünki İranda molla rejimi elmin inkişafına imkan vermir. Şərait yaratsalar da, onlar bu qədər ciddi texnologiya əldə edə bilməzlər”
Eyni suala cavab verən başqa politoloq Məhəmməd Əsədullazadə Xəzər dənizindəki partlayış haqqında deyib ki, bu, Azərbaycana qarşı düşmənlərin təxribatı ola bilər:
“Bir neçə gündür ki, İran Xəzər dənizində geniş miqyaslı hərbi təlimlər keçirir. Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərinin intensivləşməsi İranı da ciddi narahat edir.
Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən Xəzər dənizində neft-qaz yataqları daima düşmənlərin hədəfində olub. Transxəzər qaz kəmərinin çəkilməsi də gündəmə gəlir. Ötən həftə Türkiyə və Türkmənistan prezidentlərinin telefon söhbəti, ardınca Ankaranın bu istiqamətdə fəal siyasəti Tehranı hərəkətə keçirib”.
Anar Rəhimov, Bizim.Media