Prezident Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi - FOTO

Prezident Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi - FOTO

Hazırda oxunan: Prezident Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi - FOTO

273826

Azərbaycan Prezidenti İlham Əliyev 3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı sosial media hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!
 

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir.


Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!"

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO