İlham Əliyev: “Almaniya bizim üçün vacib tərəfdaş ölkədir”

İlham Əliyev: “Almaniya bizim üçün vacib tərəfdaş ölkədir”

Hazırda oxunan: İlham Əliyev: “Almaniya bizim üçün vacib tərəfdaş ölkədir”

273717

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sizin aprel ayında Azərbaycana səfəriniz geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verdi.
 

İnanıram ki, Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin inkişafı, bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davam etdirilməsi və yeni məzmunla zənginləşməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.


Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO