Xəbər verdiyimiz kimi oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, Zelenski rəsmi X hesabında görüşün təfərrüatları ilə bağlı paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Zelenski ilə GÖRÜŞDÜ - FOTO
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim.
Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlavə təmaslar barədə razılıq əldə olundu. Mən Azərbaycanın dəstəyinə görə minnətdaram", - Ukrayna lideri qeyd edib.
Bizim.Media