İtaliyalı politoloq: “Ölkəmizdə Azərbaycan mədəniyyətinə maraq hər keçən gün artır” – ÖZƏL

İtaliyalı politoloq: “Ölkəmizdə Azərbaycan mədəniyyətinə maraq hər keçən gün artır” – ÖZƏL

Hazırda oxunan: İtaliyalı politoloq: “Ölkəmizdə Azərbaycan mədəniyyətinə maraq hər keçən gün artır” – ÖZƏL

273602

“İtaliya Prezidenti Sergio Mattarellanın Bakıya son səfəri İtaliya–Azərbaycan münasibətlərində yüksək simvolik və strateji bir an kimi dəyərləndirilir. Bu görüş ortaq maraqlar, qarşılıqlı hörmət və regional, qlobal inkişaf üçün ümumi baxış üzərində qurulan tərəfdaşlığın gücünü bir daha təsdiqlədi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında İtaliya Prezidentinin Azərbaycana səfərini şərh edən italiyalı jurnalist, politoloq Dominika Letisiya deyib.

İki ölkə arasında uzun illərdir müsbət əlaqələrinə diqqət çəkən analitik, bir çox yeni istiqamət üzrə əməkdaşlıqların qurulacağını bildirib:

“İtaliya ilə Azərbaycanın əlaqələri təkcə iqtisadi sahəni deyil, ondan daha geniş müstəvini əhatə edir. Enerji əməkdaşlığı şübhəsiz ki, əsas sütunlardan biridir. Azərbaycan, Avropa İttifaqının enerji müxtəlifləşdirmə strategiyasında mərkəzi rol oynayır. Azərbaycanın qazını İtaliya vasitəsilə Avropaya daşıyan TAP boru kəməri isə uzaqgörən baxışın bariz sübutu və Avropanın enerji təhlükəsizliyi üçün vacib infrastruktur kimi önə çıxır”.

Politoloq əlavə edib ki,yalnız iqtisadi deyil, mədəni sahələr üzrə də italiyalıların Azərbaycana marağı hər keçən gün artır:

“Bununla yanaşı, əlaqələr mədəniyyət, elm və təhsil sahələrində də möhkəmlənir. Azərbaycanda italyan dili və mədəniyyətinin təşviqi, İtaliyada Azərbaycan mədəniyyətinə artan maraq gələcəyə yönəlmiş sivilizasiyalararası dialoqun dərinliyini nümayiş etdirir.

Bu münasibətləri daha da inkişaf etdirmək üçün yeni ikitərəfli sazişlər vasitəsilə iqtisadi və ticarət tərəfdaşlıqlarını gücləndirmək, mədəni, akademik və texnoloji mübadilə proqramlarını genişləndirmək, Qafqaz regionunda sabitlik və əməkdaşlığı birgə dəstəkləmək vacibdir. Birlikdə İtaliya və Azərbaycan Avrasiya məkanında sülhün, inkişafın və enerji təhlükəsizliyinin təşviqçiləri kimi çıxış edə bilərlər”, - deyə Dominika Letisiya əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO