Ukraynadan yeni HÜCUM TAKTİKASI – Rusiyada vəziyyət KƏSKİN PİSLƏŞDİ – DETALLAR

Ukraynadan yeni HÜCUM TAKTİKASI – Rusiyada vəziyyət KƏSKİN PİSLƏŞDİ – DETALLAR

Hazırda oxunan: Ukraynadan yeni HÜCUM TAKTİKASI – Rusiyada vəziyyət KƏSKİN PİSLƏŞDİ – DETALLAR

273376

Son zamanlar Ukrayna ordusunun dron hücumları nəticəsində Rusiya ərazisində enerji böhranı yaranmağa başlayıb.

Son olaraq Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbədən sonra Rusiyanın Belqorod vilayəti elektriksiz qalıb.

Daha əvvəl isə Ukrayna PUA-ları Başqırdıstanda Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından biri olan “Qazprom Neftexim-Salava”nı vurub. Məlumata görə bu zavodda avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen də daxil olmaqla 150 müxtəlif məhsul istehsal olunur.

Bu cür ardıcıl zərbələr nəticəsində Rusiyada neft emalı 17 faizə qədər azalıb. Ölkənin bir sıra ərazilərində enerji qıtlığı hiss olunur.

Görünən odur ki, Kiyev Rusiyaya qarşı müharibədə yeni taktikadan istifadə edir. Bu taktika isə Rusiyanın enerji strukturunu, hərbi bazaları sıradan çıxarmağa hesablanıb.

Görəsən, Kiyevin yeni taktikası nəticə verəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ReAL Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, bu addımların cəbhə xəttindəki vəziyyətə birbaşa təsirləri yoxdur. Amma bununla belə ekspert qeyd etdi ki, Ukraynanın atdığı addımlar Ruisyanın iqtisadi durumuna mənfi təsir göstərir:
 

“Ukraynanın Rusiya ərazisindəki neftayırma zavodlarını vurması indiyə kimi neft emalı müəssisələrinin 17 faizə qədər emal gücünü sıradan çıxarıb. Yəni Rusiyada 17 faiz az neft məhsulları istehsal olunur ki, bu da ölkədə yanacaq qıtlığına səbəb olub. Kənd təsərrüfatı sezonunun olduğu bir dönəmdə dizel yanacağı çatışmazlığı aqrar sektora da ziyan vurmağa başlayıb. Bu addımlar Rusiyanı danışıqlara gətirmək üçün atılan taktiki addımlardır.


Amma həmin taktiki addımın cəbhə xəttindəki vəziyyətə birbaşa təsiri yoxdur. Cəbhədə amansız döyüşlər gedir, çoxlu itkilər var. Lakin bununla belə yaranmış vəziyyət Rusiyanın iqtisadi vəziyyətini pisləşdirir və onun danışıqlara getməsi üçün zəmin yaradır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO