ABŞ-ın Azərbaycandakı səfirliyində maliyyələşmə dayandırılıb? – RƏSMİ AÇIQLAMA

ABŞ-ın Azərbaycandakı səfirliyində maliyyələşmə dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfirliyində maliyyələşmə dayandırılıb? – RƏSMİ AÇIQLAMA

273316

"Hazırda ABŞ-də, eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkələrində gözlənilən şatdaunla bağlı yaydığı bəyanatında bildirilir.

Qeyd olunur ki, maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq, səfirliyin sosial media hesablarında tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq:

"İstisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir".

"Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün //travel.state.gov saytına daxil olun", - bəyanatda deyilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO