“Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”
Dövlətimizin başçısı bildirib:
“Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.
Bizim.Media