“Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”
Dövlətimizin başçısı qeyd edib:
“Beləliklə, TAP-ın açdığı yol, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.
Bizim.Media