Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilib:
"Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoyulması üçün Hərtərəfli Planın elan olunmasını alqışlayırıq. Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir. Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar".
Bizim.Media