Azərbaycan–İtaliya münasibətləri son illər enerji, ticarət, investisiya və texnologiya sahələrində sürətlə inkişaf edib. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, həm də Avropa enerji bazarının sabitliyi üçün əhəmiyyətlidir.
Bizim.Media xəbər verir ki, bu gün Bakıya gələcək Prezident Sercio Mattarella səfəri çərçivəsində əməkdaşlığın yeni imkanlarını müzakirə edəcək.
İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşıdır: 2025-ci ilin yanvar–avqust aylarında ticarət dövriyyəsi 8,3 milyard dollar olub, bunun əsas hissəsi neft və neft məhsullarının ixracıdır.
İtalyan şirkətləri Azərbaycanda enerji və infrastruktur layihələrində fəal iştirak edir, o cümlədən Mingəçevirdəki “8 Noyabr” İES üçün avadanlıqlar təmin ediblər. TAP qaz kəməri də iki ölkə arasında strateji əlaqələrin əsas elementidir.
Səfər çərçivəsində tərəflərin sənaye, yüksək texnologiyalar, bərpa olunan enerji və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarını müzakirə etməsi gözlənilir. Bu tərəfdaşlıq həm Azərbaycan, həm də İtaliya üçün strateji əhəmiyyət daşıyır. (Trend.az)
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:03 / 30.09.2025
İtaliya Prezidenti bu gün Bakıya gələcək
Hazırda oxunan: İtaliya Prezidenti bu gün Bakıya gələcək
Hazırda oxunan: İtaliya Prezidenti bu gün Bakıya gələcək
273113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.