İlham Əliyev və Mehriban Əliyeva Gəncədə MDB Oyunlarının açılışında şəhid övladları ilə görüşüb.
Bizim.Media xatırladır ki, bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
22:19 / 28.09.2025
İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO
272878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.