Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb

Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb

Hazırda oxunan: Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb

272448

Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış "İnsan Təhlükəsizliyinin Artırılması" (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi.

Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir.

Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.
 

Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.


Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO