Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

272290

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında adi pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i imzalayıblar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO