Roma Papası Bakıya ağız açacaq - I Aramdan Vatikana MÜRACİƏT

Roma Papası Bakıya ağız açacaq - I Aramdan Vatikana MÜRACİƏT

Hazırda oxunan: Roma Papası Bakıya ağız açacaq - I Aramdan Vatikana MÜRACİƏT

27219

Böyük Kilikya Evinin katolikosu, erməni apostol I Aram Roma Papasına müraciət edib.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, I Aramı narahat edən məsələ İrəvanın əsir dediyi, amma Bakının diversant kimi mühakimə etdiyi ermənilərin taleyidir.
 

MÖVZU İLƏ BAĞLI:

Roma Papasının mühafizəsi, yoxsa Vatikanın MƏXFİ AGENTLƏRİ? - FOTO


Roma Papası Fransiskə müraciətində I Aram ermənilərin Azərbaycanda saxlanılmasını beynəlxalq hüquqa zidd adlandırıb. Erməni katalikos diversantların İrəvana qaytarılması üçün Vatikan liderindən yardım xahiş edib. 

Qeyd edək ki, beynəlxalq normalarda diversantların qaytarılması məsələsi yoxdur.

Yəni, belə cinayətkarlar bəzi ölkələrdə ya edam olunur, ya da uzunmüddətli (ömürlük) həbsə məhkum edilirlər. Ya da ki, nəyinsə müqabilində qaytarılırlar. Ağdamın mina xəritələrinin yerinə sərbəst buraxılan ermənilər kimi.

Basdırılan minalar isə Ağdamla çərçivələnmir. Deməli...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO