“Azərbaycan Statistika Komitəsi kifayət qədər inkişaf edib” – Əli Əsədov

“Azərbaycan Statistika Komitəsi kifayət qədər inkişaf edib” – Əli Əsədov

Hazırda oxunan: “Azərbaycan Statistika Komitəsi kifayət qədər inkişaf edib” – Əli Əsədov

272133

“Azərbaycan hökuməti statistikanın inkişafına böyük önəm verir. Son illər Azərbaycan statistika təşkilatı kifayət qədər inkişaf edib. Bu inkişaf həm metodoloji, həm də təşkilatı baxımdan fərqlidir. Prezident və hökumət Azərbaycanın statistika qurumunun fəaliyyətindən öz razılığını bildirir”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən lll Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti son illər ərzində 6 dövlət proqramı qəbul edib:
 

"Bu proqramlar statistikanın inkişafına həsr olunub. Statistika elə bir alətdir ki, nəinki iqtisadiyyat, cəmiyyətin bütün sahələrini, dünənini, bugününü və sabahını proqnozlaşdırmaq üçün əsaslar olmalıdır. Bu əsasları konkret statistik məlumatlar, konkret rəqəmlər, diaqramlara əsaslanaraq fəaliyyət göstəririk".


Baş naz forumda yeni layihələr, yeni yanaşmaların öz həllini tapacağını bildirib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO