Hadrutda tutulan erməni terrorçudan İLGİNC AÇIQLAMA – “Sülhməramlılar bizi gördülər”

Hadrutda tutulan erməni terrorçudan İLGİNC AÇIQLAMA – “Sülhməramlılar bizi gördülər”

Hazırda oxunan: Hadrutda tutulan erməni terrorçudan İLGİNC AÇIQLAMA – “Sülhməramlılar bizi gördülər”

27174

Hərbi ekspert Ədalət Verdiyev məhkəmə zamanı erməni terrorçusu S. Serobyanın istintaqa verdiyi ifadəsindən yazıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində məlumat verib. Ekspert erməninin məhkəmə zamanı verdiyi ifadəsindən bir hissəsini yayımlayıb. 

S.Serobyan verdiyi açıqlamasında bildirib ki, onların məqsədləri Azərbaycan ordusuna və mülki əhaliyə qarşı təxribatlar törətmək, yeni ərazilər ələ keçirmək olub.

"Evimizə hərbi polis gəldi, dedi müharibəyə getməsən barəndə cinayət işi başlanacaq. Məcbur oldum orduya gəldim. Mənə leytenant rütbəsi verildi. Bizə polkovnik-leytenant Arsen Qazaryan rəhbərlik edirdi. Hadrutda bizi polkovnik Arsen Muradyan qarşıladı”. 

Terrorçunun ifadəsində ən diqqət çəkən məqam isə onların Hadrut istiqamətində təxribat məqsədi ilə daxil olduqları zaman sülhməramlıların onları görməsi haqqında olub.

“Rus sülməramlıları bizi gördü. Əlimizdə silahlarımız vardı. Meşə istiqamətində uzun bir yol getdik. Orada 30 nəfərlik iki dəstə yaratdılar. Bir dəstəyə mən rəhbər təyin edildim. Biz orda qaravul xidməti aparırdıq. Hamımız silahla təmin edilmişdik. Hər dəstədə bir plemyotumuz da vardı”.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah ediliblər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO