Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib,
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Ruanda Prezidentinə Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:32 / 20.09.2025
Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO
Hazırda oxunan: Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO
Hazırda oxunan: Ruanda Prezidenti Şəhidlər xiyabanında – FOTO
271463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.