Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

Hazırda oxunan: Ermənistan kritik seçkilərin ASTANASINDA – Paşinyanın reytinqi hansı SƏVİYYƏDƏDİR?

271336

Ermənistanda baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında uzun zamandır davam edən gərginlik seçkilər yaxınlaşdıqca daha da kəskinləşir.

Görünən odur ki, hər iki tərəf qarşı tərəfə son zərbəni vurmaq üçün əsas amil olaraq seçkiləri gözləyirlər.

Məhz seçkilər bu məsələdə son nöqtəni qoya bilər.

İndiki mənzərəyə diqqət yetirdikdə, hücuma keçən tərəf qismində Paşinyan çıxış edir. Son dövrlər onun reytinqi müəyyən qədər aşağı düşsə də, Paşinyan hələ də seçicilər arasında nüfuzunu böyük ölçüdə qoruyur.

Bundan əlavə, Nikol Paşinyan öz təşəbbüsü ilə keçirilən bütün ermənilərin katolikosu seçkilərində Ovanavank monastırının keşişi Aram Asatryanın namizədliyini dəstəkləmək qərarına gəlib. 

Qareginin isə müəyyən qədər geri çəkildiyi hiss olunur. Belə ki, o son zamanlar əsasən xaricdə səfərlərə üstünlük verir. Bu səfərlərdə məqsəd xristian dünyasında özünə dəstək tapmaqdır. O bu günlərdə Vatikanda Roma Papası ilə görüşüb.

Bütün hallarda birmənalı olan odur ki, hakimiyyətlə kilsə arasında gedən mübarizənin taleyi gələn ilin yayında olacaq seçkilər fonunda öz həllini tapacaq.

Görəsən, Paşinyanın reytinqi və nüfuzu II Qaregini istefaya göndərməyə imkan verəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Nikol Paşinyanla erməni katolikosu II Qaregin arasında fərdi hesablaşmalar 2026-cı ilin seçki dönəmində olacaq:

“Amma mövcud gedişat göstərir ki, katolikosun beynəlxalq xristian aləmindən dəstək almağa çalışması halları müşahidə edilməkdədir. Diqqətlə baxsaq görərik ki, Qareginin Vatikana səfəri bunun bariz nümunəsidir”.

Kilsə Paşinyana qarşı mübarizədə parlament sədrinə “stavka” edə bilər.

Siyasi müstəviyə gəldikdə, ekspertin fikrincə, Ermənistan daxilində parlament sədri Simonyanla baş nazir Paşinyan arasında arasında ciddi narazılığın olduğu hiss edilir: “Sanki Simonyan müxalifətin vahid liderinə çevrilmək üzrədir. Belədə kilsə Paşinyana qarşı mübarizədə qəflətən Simonyanı da dəstəkləyə bilər. Zaman bunun belə cərəyan edəcəyini deməyə əsas verir”.

Kilsə Paşinyan mübarizəsində Rusiya faktoru əsasdır.

Həmsöhbətimiz bildirir ki, kilsə ilə Paşinyan arasında mübarizədə kimin qalib gələcəyinə gəldikdə, Rusiyanın ciddi dəstəyi nəticəsində fərqli mənzərənin şahidi ola bilərik:

“Moskvanın da Paşinyana dəstək verməyəcəyi bəlli məsələdir”.

Rüfət Sultan, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO