“Müasir dövrdə suverenlik daha çox hüquqi kateqoriyaya çevrilib. Müasir ölkələrdə suverenliyin mənbəyi yalnız xalqdır. Məhz bu səbəbdən Azərbaycan Konstitusiyasını xalq suveren olaraq qəbul edib və yanlız xalq referendumla ona dəyişiklik edə bilər. Konstitusiyaya əsas qanun olaraq həm də ictimai müdafiə kimi baxa bilərik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O vurğulayıb ki, Konstitusiya xalqla hakimiyyət arasında olan razılaşmadır:
“Xalq bir suveren kimi hakimiyyətə idarətməni həvalə edir, hakimiyyət isə xalqın nümayəndələri tərəfindən qəbul edilmiş ədalətli qanunlar əsasında idarəetməni təmin etmək və xalqa məxsus olan əraziləri xarici təhddidlərdən müdafiə etmək öhdəliyini qoyur. Bu baxımdan son illər yaşadığımız hadisələr suverenliyin təntənəsidir. Hakimiyyət Konstitusiyada onun üzərinə qoyulmuş bu öhdəliyi şərəflə yerinə yetirmişdir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:03 / 19.09.2025
Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA
271266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.