Ermənistanın baş naziri Nikol Paşinyan Çinə səfəri əsnasında bu dövlətin şirkətlərini ölkəsinə sərmayə qoymağa səsləyib.
Regional layihələrdən kənarda qalan Ermənistanın Çin kimi uzaq ölkələrlə iqtsiadi sahədə həyata keçirəcəyi mümkün əməkdaşlıq təcavüzkar ölkənin iqtisadi problemlərinə son qoya, onun iqtisadi durumunu az və ya çox dərəcədə yaxşılaşdıra bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov Paşinyanın məlum cəhdlərinin öncədən uğursuzluğa məhkum olduğunu vurğuladı:
“Paşinyanın Çinə səfəri rəsmi dəvət deyil. Ora “Asiya Sivilizasiyasının Dialoqu” adlı tədbirdə iştirak etmək üçün gedib.

İkincisi, Ermənistanın müxalifyönümlü mətbuatı Paşinyanın bu səfərini onun üç stulda oturmaq cəhdi kimi qiymtələndirib. Bilirsiniz ki, Rusiya və Qərb arasında manevr edən Paşinyanın siyasətini onun iki stulda oturmaq siyasəti kimi qiymətləndirirdilər. Onun Çinə səfəri isə Paşinyanın üçüncü stulda əyləşmək cəhdi kimi xarakterizə olunur. Ermənistan mətbuatının dilə gətirdiyi başlıca suallardan biri budur ki, buna Paşinyanın fiziki və s. imkanları imkan verəcəkmi?
Paşinyan Rusiyadan gözlədiyini ala bilməyib. O, Rusiyadan ilk növbədə böyük investisiyalar gözləyirdi. Onun bu arzusu ürəyində qaldı. Bir neçə dəfə Belçikaya səfər etdi. Avropa İttifaqından yardımlar almaq üçün dəfələrlə yalvardı. Amma yenə də əli ətəyindən uzun geri qayıtmalı oldu. Indi isə Çinə üz tutub. Çin bu gün dünya iqtisadiyyatında I və II yerləri tutur. 12 trilyon dollardan artıq ümumdaxili məhsulu var. Dünya ixracının 13%-i Çinin payına düşür. Idxalın isə 10%-i Çinə məxsusdur. Çin iqtisadiyyatına hər il 168 milyard dollar məbləğində investisiya qoyulur. Çin ABŞ-dan sorna ikinci yerdədir.
Çinin ekspertləri çox gözəl bilirlər ki, Ermənistan hansı iqtisadi potensiala malikdir. Onlar görürlər ki, Ermənistanda boş xəzinə var. Əhali kütləvi şəkildə ölkəni tərk edir. Ölkə heç bir xarici investor üçün maraqlı deyil. Bununla yanaşı, Ermənistanın işğalçı dövlət statusu var. Çin investorları təbii ki, belə bir ölkəyə yatırım qoymazlar.
Onu da xatırladım ki, prezident İlham Əliyevin Çinə səfəri zamanı ölkə başçımızı Çin rəhbərliyi Çin dövlətinin və xalqının dostu adlandırdı. Eyni zamanda, prezidentimizin ölkəmizə rəsmi səfəri ilə bağlı dəvətini qəbul etdi. Prezident İlham Əliyev Çinin ərazi bütövlüyü məsələsində də birmənalı mövqeyə malikdir və “vahid Çin” ideyasını dəstəkləyir. Çin isə Qarabağ məsələsində beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini müdafiə edir. Bunlar onu göstərir ki, Azərbaycan-Çin münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Ermənistan-Çin münasibətləri isə olduqca aşağı səviyyədədir və Paşinyan Çindən də əli ətəyindən uzun qayıdacaq”.
xa0
Seymur ƏLİYEV


































































































