Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

Hazırda oxunan: Deputat bəzi nazirləri TƏNQİD ETDİ – “Hamısını adbaad deyəcəm” – VİDEO

270975

“Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bu, bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib.
 

“Xalqla üzbəüz qalan, yaxası əlində olan deputatdır. Nə nazir, nə komitə sədri, nə də başqası deyil. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən”, - deyə deputat vurğulayıb.


Millət vəkili Milli Məclisin plenar iclaslarının birində müraciətlərə cavab verməyən nazirlərin adlarını çəkəcəyini də qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO