Rəsmi Tehranın Zəngəzur qorxusu – İran Ermənistanla nə PLAN QURUB?  

Rəsmi Tehranın Zəngəzur qorxusu – İran Ermənistanla nə PLAN QURUB?  

Hazırda oxunan: Rəsmi Tehranın Zəngəzur qorxusu – İran Ermənistanla nə PLAN QURUB?  

27093

İran və Ermənistan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olması heç kəsə sirr deyil. Rəsmi adında “İslam Respublikası” sözləri qeyd olunmasına rəğmən, məscidlərə qarşı vandalizm əməlləri törədən ermənilərə qarşı simpatiyası ilə seçilən İranın Ermənistanla əlaqələri isə günbəgün inkişaf etməkdədir.

İki ölkə arasındakı kəskin fərqlərə rəğmən qurulan mehriban münasibətlərin əsas səbəbi isə böyük maraq doğurmaqdadır. Doğrudur, maddi amillərin digər bütün faktorların önünə keçməsi nümunələrinə dünya təcrübəsində tez-tez rast gəlmək mümkündür. Lakin İranın daha uğurlu iqtisadi əməkdaşlıq potensialı olan Azərbaycan əvəzinə Ermənistanla münasibətləri inkişaf etdirməsi bizi yalnız bir suala cavab axtarmaq məcburiyyətində buraxır: 

“İranın Ermənistanla bağlı planı nədir?”
 

MÖVZU İLƏ BAĞLI:

İran islamı necə parçalayır? - “GİZLİ SİLAH” 


Rəsmi Tehranla İrəvan arasında əlaqələr xüsusilə son dönəmlərdə böyük sürətlə inkişaf etməyə başlayıb. Statistik məlumatlara görə cari ilin ilk 4 ayı ərzində İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi 114 milyon dollar olub. Qeyd edək ki, bu göstərici ötən ilin müfaviq dövrü ilə müqayisədə 56% çoxdur. Eyni zamanda tərəflər sözügedən rəqəmləri 1 milyard dollara çatırmağı hədəflədiklərini də açıqlayıblar. Həmçinin, Xankəndinə gələn İrana məxsus yük maşınlarının sayının artması ilə bağlı sosial mediada yayılan xəbərlər də, rəsmi Tehranın ermənilərə olan qayğısının artığını deməyə əsas verir. 

Birdən-birə bu qədər marağın müşahidə olunması isə İranın, həqiqətən də, Ermənistanla bağlı vacib planlarının olduğunun göstəricisidir.

İlk ağlagələn ehtimal isə, rəsmi Tehranın logistik məsələlərə görə İrəvanla mülayim davranmasıdır. Belə ki, ölkələr arasında uzun müddətdir gündəmdə olan Ermənistandan keçməklə Qara dənizə qədər uzanan nəqliyyat dəhlizinin yaradılması məsələsi İran üçün vacib əhəmiyyətə malikdir. Çünki sözügedən dəhlizin yaradılması cənub qonşumuza Şərqi Avropaya çıxmaq üçün ən əlverişli marşrutu əldə etmək imkanı verəcək. Sanksiyalar ucbatından çətin vəziyyətə düşən ölkə üçün bu cür yol həyati önəm daşıyır.

Eyni zamanda Zəngəzur dəhlizi məsələsini də gözdən qaçırmaq olmaz. Belə ki, sözügedən dəhlizin yaradılması Azərbaycana Naxçıvanla birbaşa kommunikasiyaların bərpası imkanını verəcəyi üçün, İrandan keçən əvvəlki nəqliyyat yolları öz əhəmiyyətini itirəcək. Bu isə rəsmi Tehranın heç də az olmayan maddi gəlirinin itirilməsi deməkdir.

Qeyd olunan qazanc yerini itirmək təhlükəsi ilə üzbəüz olan İran Ermənistanla əməkdaşlığı böyütməklə zərərini kompensasiya etməyi hədəfləyir.

Ermənistanın İran üçün təzyiq vasitəsi kimi əhəmiyyəti yalnız logistik məsələlərdə özünü göstərmir. Belə ki, regionun iki ən böyük etnosu olan türklər və farslar arasında min illərdir davam edən rəqabət heç kəsə sirr deyil. Eyni zamanda İranda yaşayan azərbaycanlıların sayının kifayət qədər çox olması və tarixdə dəfələrlə müstəqillik uğrunda mübarizə aparması rəsmi Tehranı qorxutmaya bilməz. Xüsusilə də, son dönəmlərdə Molla rejiminin bünövrəsinin yavaş-yavaş sarsılmağa başladığını nəzərə alsaq, yeni bir daxili problemə qarşı İranın nə dərəcədə narahat olmasını başa düşmək olar. İranın həmişə Azərbaycanı, ərazisində yaşayan türkləri mərkəzi hakimiyyətə qarşı qaldıra biləcək potensial təhlükə olaraq görməsi də təəccüblü qarşılanmamalıdır.

Rəsmi Tehranın Ermənistana dəstək göstərməklə, Azərbaycana qarşı təzyiqi saxlamağa çalışmasının əsas səbəbi də məhz sözügedən amildir.

İranın anti-Azərbaycan meyilləri sərgiləməsində, bölgədə nüfuzunu qorumaq istəməsi də az rol oynamır. Belə ki, Cənubi Qafqazda Türkiyənin artan nüfuzu İran üçün qəbuledilməzdir. Bu səbəbdən də rəsmi Tehran Ermənistanın əlini gücləndirməklə, regionda nüfuzunu davam etdirməyə çalışır. 

Gələcək dövr üçün isə İranın Ermənistana qarşı siyasətində ciddi dəyişikliklərin olacağı ehtimal olunmur. Xüsusən də qatı mühafizəkar liderin hakimiyyəti altında...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO