İyunun 1-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasında yeni ölkələrin üzvlükləri məsələsi müzakirə olunub.
Bizim.Media “ria novosti”-yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin bir sıra ölkələrin təşkilata qatılmaqda maraqlı olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək
Eyni zamanda, Dumanın MDB İşləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov iclasdan sonra jurnalistlərə verdiyi açıqlamasında KTMT-yə üzv olmaq istəyən ölkələr haqqında danışıb:
“Bir çox dövlətlər təşkilata qatılmaqda maraqlıdır. Xüsusilə də, Azərbaycan və Pakistanın adını çəkə bilərəm. Məsələn, rəsmi İslamabad uzun müddət öncə həm müşahidəçi, həm də üzv olaraq KTMT-yə qatılmaq istədiyini bildirib”.
Mətbuat konfransında təşkilatın nəzdində yeni insitutların yaradılacağı da qeyd olunub.
Bizim.Media