İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Hazırda oxunan: İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

270885

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə "X"də yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO


"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm",- Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır:

"Dostluğumuza böyük önəm verirəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO