Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar.
Bizim.Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib.
Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib.
Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:30 / 16.09.2025
Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTO
Hazırda oxunan: Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTO
Hazırda oxunan: Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar – FOTO
270746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.