44 günlük müharibədə Rusiya mətbuatı – Azərbaycanlı jurnalistdən CİDDİ ANALİZ 

44 günlük müharibədə Rusiya mətbuatı – Azərbaycanlı jurnalistdən CİDDİ ANALİZ 

Hazırda oxunan: 44 günlük müharibədə Rusiya mətbuatı – Azərbaycanlı jurnalistdən CİDDİ ANALİZ 

27074

Azərbaycanlı jurnalist və politoloq Anar Həsənovun 44 günlük Vətən müharibəsinə həsr olunan məqaləsi Rusiyanın nüfuzlu jurnalında çap olunub.

Jurnalist Bizim.Media-ya açıqlamasında bildirib ki, məqalə “Vestnik Moskovskoqo Universiteta” elmi jurnalında dərc olunub. 

“Mənim 21 səhifəlik “Ermənistan Azərbaycan müharibəsində Rusiya mətbuatının təfsiri” adlı elmi məqaləm dərc olunub. İlk dəfədir ki, bu jurnalda  azərbaycanlı  bir şəxsin yazısı dərc olunur. Qeyd edim ki, bu, 2020-ci il Ermənistan-Azərbaycan müharibəsinə həsr olunan media və kütləvi kommunikasiya sahəsindəki ilk elmi məqalədir”.

Bildiyimiz kimi, 44 günlük müharibə dövründə Rusiya KİV-lərində anti-Azərbaycan əhval ruhiyyəsi yaradan bir çox faktorlar var idi.

Onlardan əsası bir çox media orqanlarında erməni əsillilərin hökmüranlığı və Azərbaycana qarşı düşmənçilik ideologiyasının körüklənməsi idi. 

Politoloq Anar Həsənov da 44 günlük savaş dönəmində Rusiya KİV sahəsində aparılan bu cür işləri sırf elmi aspektlərdən analiz edib. Müəllif məqaləsində Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında həyata keçirdiyi "Dəmir yumruq" hərbi əməliyyatının Rusiya KİV-lərində yayımlanmasının təhlilinə əsaslanır. Bu mövzunun təfsirinin özünəməxsusluqlarını müəyyənləşdirmək üçün müəllif, Rusiya mediasınıda gündəmin formalaşması nəzəriyyəsi (astarlama) və çərçivələşdirmə nəzəriyyəsi, eləcə də təfsirə birbaşa və dolayı təsir göstərən faktorları müəyyənləşdirir.

A. Həsənova görə, medianın gündəmin formalaşdırılması və müəyyən çərçivəli fəaliyyəti, reallığı izah etmək üçün qeyri rasional bir yanaşma ilə xarakterizə olunur.

Xatıqladaq ki, Anar Həsənov Rusiya Xalqlar Dostluğu universitetinin dosenti, filologiya elmləri namizədidir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO