ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırdı

ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırdı

Hazırda oxunan: ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırdı

27063

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.

Ümumilikdə, koronavirus pandemiyasının iqtisadi fəsadlarının aradan qaldırılması məqsədilə ABŞ Azərbaycana 6,6 milyon dollar ayırıb.

“COVID-ə qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”, - ABŞ səfiri bildirib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO