Ceyhun Bayramov ABŞ rəsmisi ilə nəyi müzakirə etdi?

Ceyhun Bayramov ABŞ rəsmisi ilə nəyi müzakirə etdi?

Hazırda oxunan: Ceyhun Bayramov ABŞ rəsmisi ilə nəyi müzakirə etdi?

269718

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.

Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.
 

Görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.


Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədən təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Tarixi Vaşinqton görüşü nəticəsində ölkəmizin təşəbbüskarı olduğu Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan strukturların ləğvi üzrə atılan addımların vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO