Hikmət Hacıyev ABŞ-da senator və konqresmenlə görüşdü - FOTO

Hikmət Hacıyev ABŞ-da senator və konqresmenlə görüşdü - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev ABŞ-da senator və konqresmenlə görüşdü - FOTO

269631

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın ABŞ-dakı səfirliyi yayıb.
 

Məlumatda bildirilib ki, tərəflər Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitin strateji əhəmiyyətini və onun Azərbaycan–ABŞ münasibətləri, həmçinin regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.


Hikmət Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO