Zəngəzurla bağlı qərar QƏTİLƏŞDİ – Antalya görüşünün PƏRDƏARXASI  

Zəngəzurla bağlı qərar QƏTİLƏŞDİ – Antalya görüşünün PƏRDƏARXASI  

Hazırda oxunan: Zəngəzurla bağlı qərar QƏTİLƏŞDİ – Antalya görüşünün PƏRDƏARXASI  

26957

İyunun 30-da Türkiyənin Antalya şəhərində rəsmi Ankara və Moskvanın nümayəndələri arasında görüş təşkil olunub.

Danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyalı həmkarı Sergey Lavrov arasında iki ölkə arasında əməkdaşlıqdan tutmuş, bir sıra münaqişə zonalarına qədər müxtəlif məsələlər müzakirə olunub. Bu görüş fonunda son dövrlərdə Ankara və Moskva rəsmilərinin iştirakı ilə keçirilən görüşlərin artması da diqqətdən yayınmayıb.

Tarix boyu mənfi istiqamətdə inkişaf edən Türkiyə-Rusiya münasibətləri son dönəmlərdə fərqli formada inkşaf etməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ərazisi Rusiya silahlı qüvvələri ilə doldurulur” – Münaqişə yenidən ALOVLANA bilərmi? 


Xüsusilə də Cənubi Qafqaz regionun əsas problemli məsələsi olan Qarabağ münaqişəsinin başa çatmasından sonra iki ölkə arasında münasibətlərin yüksələn xətlə davam etməsi müşahidə olunur.

Rəsmi Ankara və Moskva arasında son dönəmlər artan diplomatiya trafiki də əlaqələrin inkişafının əyani sübutudur. Tərəflərin iştirakı ilə keçirilən danışıqlarda bir çox mövzular müzakirə olunsa da, Qarabağ məsələsi, demək olar ki, hər zaman diqqət mərkəzində olub. Rusiyanın Azərbaycan və Ermənistan arasında davam edən danışıqlarda əsas vasitəçi rolunu oynamasına baxmayaraq, Türkiyə ilə vaxtaşırı məsləhətləşmələr aparması isə rəsmi Ankaranın regionda söz sahibinə çevrilməsinin göstəricisidir.

Təbii ki, Türkiyə və Rusiya arasında əlaqələrin genişlənməsi bölgədə sülhün təmin olunmasında mühüm rol oynayıb.

Qarabağda sülhün bərpa olunmasında iki ölkənin əməkdaşlığının davam etməsi isə keçmiş münaqişə tərəflərinə qarşı münasibətdə neytrallığın qorunmasında əvəzsiz faktordur. Təsadüfi deyil ki, Lavrov-Çavuşoğlu görüşündə Türkiyə və Rusiya hərbiçilərinin bir yerdə fəaliyyət göstərdiyi Monitorinq Mərkəzi ilə bağlı da müsbət fikirlər bildirilib.

Tərəflərin eyni mövqedən çıxış etməsində Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiya xətlərinin bərpası məsələsi də mühüm rol oynayır. Həm Türkiyə, həm də Rusiyanın maraqlı olduğu sözügedən məsələnin iki ölkə arasında əməkdaşlığın gələcəyi üçün mühüm əhəmiyyətə malik olduğunu söyləyə bilərik. Çünki Zəngəzurdan keçən nəqliyyat dəhlizi iki ölkə arasında daşınmaların həyata keçirilməsi üçün ən vacib alternativ yollardan birinə çevrilmək potensialına malikdir.

Eyni zamanda Lavrovun kommunikasiya xətlərinin açılmasını Qarabağda uzunmüddətli sülh üçün əsas şərtlərdən biri hesab etməsi, sözügedən məsələnin önəmini bir daha sübut edib.

Diqqətdən yayınmayan digər məqam isə, Rusiyanın bölgədə əlini zəiflətsə belə Türkiyə-Azərbaycan münasibətlərindəki inkişafa loyal yanaşmasıdır. Bir çox mütəxəssislər tərəfindən, əməkdaşlığın ən yüksək səviyyəsi kimi qəbul olunan “Şuşa Bəyannaməsi”nə Kremlin hörmətlə yanaşması da, sözügedən iddianın əyani sübutudur. Həmçinin Sergey Lavrov da görüşsonrası mətbuat konfransında “Şuşa Bəyannaməsi”nin Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq əlaqələrinin qurulmasına kömək edəcəyini qeyd edib.

Türkiyə və Rusiya arasında tarixi gərginliklərin kənara qoyulub, yeni səhifənin açılmasında isə Azərbaycanın rolu danılmazdır.

Hər iki ölkə ilə yüksək səviyyədə münasibətlərə malik olan rəsmi Bakının Ankara və Moskva arasında dialoqun qurulmasında əvəzsiz rol oynaması regionda sabitliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Ümumilkdə isə, bölgənin iki güclü dövlətinin bu cür müsbət formada davam edən münasibətlər qurması, Cənubi Qafqazın gələcəyi ilə bağlı pozitiv düşünməyə imkan verir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO