Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

Hazırda oxunan: Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

269338

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Baş nazirin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - xarici işlər naziri

Sahil Babayev - maliyyə naziri

Adil Kərimli - mədəniyyət naziri

Kəmaləddin Heydərov - fövqəladə hallar naziri

Vilayət Eyvazov - daxili işlər naziri

Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev - səhiyyə naziri

Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov - Mərkəzi Bankın sədri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin edəcək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO