Prezident: “Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur”

Prezident: “Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur”

Hazırda oxunan: Prezident: “Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur”

269271

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 

Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.


Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO