Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini Türkiyəyə getdi – VİDEO - FOTO 

Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini Türkiyəyə getdi – VİDEO - FOTO 

Hazırda oxunan: Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini Türkiyəyə getdi – VİDEO - FOTO 

26923

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. 

Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı və Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyib.

Sonda qonaqlar simmulyasiya mərkəzi ilə də yaxından tanış olublar. 

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO